Pul ümumi ekvivalent olmaqla əmək məsrəflərinin miqdarını ölçür..Yoox ay axmaq iqtisadçııı pula heç tərif belə düşməməlidir..Pul bəzi vaxtlarda yox çox vaxt insanı pis vəziyyətdə qoyur...Başlayaq kiçiklərdən..Valideyn çox vaxt utandığından mağazaya uşağı ilə girmir..Pulun olub-olmamağını belə dərk etməyən uşaq gözü gördüyünü istəyir amma pul yoxx..nə isə..
...Uşağı bağçaya qoymaq lazımdı off yenə pul yoxx...demək daha münasib olan kasıb bağçasına qoymaq lazımdı..Uşaq böyüyüb məktəbə getməlidi..Məktəbə yoxsa litseyə .aydaa burda hər iksində də pul yığırlar.Amma məktəbdə litseyə nisbətən daha az pul yığırlar..Demək uşaq məktəbdə oxumalıdır...Artıq uşaq dediyimiz 11 ci sinifdə oxuyur.Universitetə hazırlaşmalıdır.Əksər şagird hazırlığa gedir..Çox güman kii, pulsuz heç kim abituriyent hazırlamır :)))Belə olan halda ucuz müəllim axtarışına başlanılır..ehh birtəhər universitetə qəbul olursan..Artıq tələbəsən...Tələbənin qayğıları artır..
Qrupda yüksək bal toplayıb amma qrup nümayəndəsi deyil..Səbəb:Dekana pul verilməyb..Tələbə həyatı davam edir..Semestr imtahanıdır..İmtahan suallarından qabaq imtahan qiymətləri haqqında xəbərdarlıq olunur..Tələbə:mən özüm vermək istiyirəm imtahanları axı əziyyət çəkirəm..Başqası:Əziyyət çəkirsən özüvə görə mənə görə yox..pul vermirsən?! 2ci semestr ağıllanarsan...
Tələbənin qayğıları bununla bitmir..Əlbəttə,tələbənin dostları,qrup yoldaşları və digər yaxın olan insanları var..Dostlaaar?! Pulun varsa dostun da var...necə deyərlər "bağda ərik var idi...salammeleyk var idi ..bağda ərik qurtardı..salammeleyk qurtardı"
Tələbə bara,diskatekaya,party.ye getmək istəyir ama pulu yoxdu ..Pulu yoxdu getməsin...Tələbə 4cü kursda oxuyur dipom almalıdır..vermirlər...pul lazımdır..Məcburən diplom pulla alınır..
Hə artıq tələbə həyatı bitdi.
.Əsgərlik...Pulun varsa evdəsən..hansısa axmağın sözü ilə oturub durmursan..Pulun yoxdusa deyirlər:əsgərliyə getmək borcumuzdur..əsgərlikdən gəlirsən, vətən borcunu yerinə yetirirsən..Evlənmək lazımdı...pul yoxduu...necə evlənəsən axıı?Demək işləmək lazımdı..amma harda...?!pulun yoxdusa demək işdə yoxdu...(Həmdə pulun yoxdusa kim sənə qız verər axıı :D )
eee yoruldum daha bəsdi..amma belə bir nəticəyə gəlmək olar..amma axırda..
Bunu yazmaqda məqsədim:Sumqayıtda oxuduğumdan hər gün ora getməli oluram..və ora getmək üçün hər gün pulum olmalıdır,olurda..amma bir neçə gün bundan əvvəl sumqayıtda olarkən pulum qurtarmlışdı..Çünki,,axmaqlıq eləmişdim :)))
hə... bu da nəticəm pulun yoxdusa demək axmaqsan..pulunun qədrini bilmirsən..ona görə heç də pulu günahlandırmaq olmaz !!!