Tuesday, January 11, 2011

"Bu" niyə belədir...,?!

 .......Qaranlıq bir səhər. Səhərin qaranlıq olmasına baxmayaraq "bu" üçün günün yaxşı keçəcəyi heç ağlına belə gəlməzdi.
 Əvvəla "bu"nu sizə qiyabi olaraq tanış edim.."Bu" sakit, aqressiv,tənbəl, özü də bilmir nəyə, amma nəyəsə güvənən , fərsiz, var qüvvəsi ilə sevməyi bacaran,"onlar"a qisa bir müddətdə bağlanan, səmimi biridir...İndiyə qədər mən "bu"nu kəşf edə bilmirəm..Bir az qəliz biridir...Etdiyi hərəkətlər bir az qəribədir, lakin məntiqi sonluğu olur..heç özü də bilmədən...Hamı ilə çalışır ki, xoş davransın..hərəkətləri ilə başqalarını narahat etməyi xoşlamır...Bəlkə, bütün sadaladıqlarım "bu"nun qəribəliyinə səbəb olur..
 Həə demişdim axı, həmin günün "bu" üçün ağlına gətirə bilməyəcək qədər yaxşı keçəcəyini bilmirdi..."Bu" yeni  bir "o" görmüşdür.. Əslində "bu" üçün "o" , bir neçə nəfər olmuşdu..Yəni "onlar" olmuşdu...Qeyd etdiyim kimi "bu" "onlar"a heç özü də bilmədən bağlanırdı...və naməlum səbəbdən qısa bir müddətə də unudurdu..(sənin üçün naməlumdur.. amma mənim xəbərim var..) Məncə,  səbəb , hamının "bu" kimi olduğunu düşünməyidir... Əslində isə "bu"nun "onlar"da olan bəzi amillər "bu"nu "onlar"a bağlanmağa vadar edir...Gündəlik olaraq "onlar" qara, sarı , qarabuğdayı və.d olurlar... Elə "bu"nun da belə "onlar"dan xoşu gəlirdi...Həmdə,"bu" xəyalındakı "on"un rənginin deyil, həm də "onlar"ın şirin çöhrəyə, dünya görüşünə,maraqlı səsə, incə..yaraşıqlı əllərə malik olmasını istəyirdi.."Bu"nun gördüyü yeni "o" gözəl olmasa da ,onun xəyallarındakı "o"ya bənzəyirdi...Hə lap yadımdan çıxmışdı..."Bu" mənə "o"nda heyif toxuna bilmədiyi çoxuna qismət olmayan arzuladığı dodaqlar olduğunu da dedi... :P..Ən əsası "o" həm də "bu"nun istədiyi rənglərdən birində idi...Əslində "bu" bilir ki, heç də dünyada ideal bir şey yoxdu...və beləliklə bütün yazdıqlarım "bu"nu "o"na bağladı...yenə də özü bilmədən həm də qısa bir müddətə...."Bu"nun axmaqlığı üzündən sabahki gün "bu" üçün heç də yaxşı keçmədi..."Bu" niyə belə elədi axı...? "bu" bacarmadı yoxsa vaxt azlığı "bu"na mane oldu ki, "o"na etirafını bildirsin.."Bu" "o"nun qarşısında aciz olaraq qalmışdı və nə danışacağını belə bilmirdi....
  eeeh... heç bir şey başa düşmədim..axı "bu" bir az qəliz birisidir...Amma, qısa bir müddətdə "bu"nun "o" ilə söhbəti zamanı "o" demişdi:"mən  "bu"yam deyənlərdən heç də xoşum gəlmir"
   Eyyyy!!! Bilirsəəən?! Mənim bir  fəlsəfə müəllimim vardı..deyərdi:"məni çox adam hətda bəzən ən yaxşı tələbəm belə məni çox vaxt başa düşmür"..Mən müəllimimin sözlərini başqalarına danışanda hamı gülürdü...düzü özümə də gülməli gəlirdi...Amma ümidvaram ki, sən məni başa düşücəksən.... :))))
P.S... Əvəzliklərə verdiyim əziyyətlərə görə məni bağışlasınlar...